Bazar Ertəsi - Bazar
9:00 - 20:00
+(994)12 465 82 16 info@bosson.az
Ak. Həsən Əliyev
Küçə 82.

Ana səhifə





“BOSSON” MMC


    “Bosson” MMC  tikinti, inşaat, daşınmaz əmlak və dizayn sahələrində bir sıra fəaliyyətlər həyata keçirən şirkətdir. Fəaliyyətinə ilk dəfə 1995-ci  ildə inşaat materiallarının pərakəndə satışı üzrə başlamışdır. “Bosson” istehsal etdiyi bütün məhsullara zəmanət , keyfiyyətetibarlılıq prinsipi ilə yanaşır. Məhsullarını ispan texnologiyası əsasında müasir avadanlıqlarla istehsal edir. Şirkət Azərbaycanda ilklərin sahibidir:  Azərbaycnda ilk dəfə 3D hovuz inşası ilə elastik izolyasiya qatlı dekorlu mozaikanı döşəməyə vuraraq, bir yeniliyə imza atmışdır. Bununla da, şirkət ölkədə müvəffəqiyyətli biznes nümunəsini nümayiş etdirir. “Bosson” yarandığı vaxtdan bəri istehsal etdiyi məhsullarla öz profili üzrə ölkənin ilk mozaika-dizayn şirkətlərindən biridir. 

     Fəaliyyət göstərdiyi illər ərzində daxili bazarda münasib qiymətlərlə tikinti materiallarının satışı üzrə yüksək nailiyyətlər əldə edib. “Bosson” MMC 2005-ci ildə Azərbaycanda  xarici mozaikaların idxalına başlamış və daxili bazarın mozaikaya olan tələbatlarının  ödənilməsində əvəzsiz mövqe tutmuşdur. Keyfiyyəti ilə getdikcə alıcı etibarı qazanan şirkətimizin fəaliyyət sahəsi daha da genişlənmiş və üzlük mozaika daşlarının istehsalına başlamışdır. İstehsal və tikinti sahəsində qazandığımız bütün uğurlarımız şirkətimizin yüksək ixtisaslı, təcrübəli və peşəkar işçi kollektivinə sahib olmasının göstəricisidir.

   “Bosson” öz məhsullarını “ISO 9001:2008”, “AZS”, “TSE” standartlarına uyğunlaşdıraraq istehsal edir. Şirkətimizin sürüşməyə davamlı (anti slip) mozaika modelinin istehsalına başlaması mozaika daşlarının növ sahəsinin şaxələnməsinə yeniliklər gətirmiş və bu yenilik daxili və xarici bazarlarda böyük maraqla qarşılanmışdır.

Şirkətimiz aşağıda göstərilən sahələr üzrə fəaliyyət göstərməkdədir: 


·        Mozaikaların satışı

·        Mozaikaların istehsalı

·        Hovuzların tikintisi, texniki xidmət və təmiri

·        Mənzillərin tikintisi və təmiri

·        Aqua parkların tikintisi və təmiri

·        Türk hamamlarının tikintisi və təmiri

·        Buxar otaqlarının tikintisi və təmiri

·        Hovuz aksessuarlarının satışı

·        Səyyar usta xidmətləri və s. 

            Şirkət işçi heyətinin şəxsi bacarıq və səriştələrini artırmaq üçün onları davamlı treyninq və təlimlərə cəlb edir. Yerli və beynəlxalq sifarişlərin sahibi olan “Bosson” məhsul istehsalında “keyfiyyət” prinsiplərinə böyük önəm verir.

      “Bosson” öz biznesini effektiv və hüquqi investisiya qərarları əsasında qurur. Şirkət Azərbaycanda iqtisadiyyatın inkişafında öz töhfəsini verməkdədir. “Bosson” bir sıra yerli və beynəlxalq sifarişlərin sahibi və icraçısıdır. “Bosson” şirkətinin təcrübəli əməkdaşları bir neçə dəfə ölkə xaricində beynəlxalq sahibkarlar konfranslarında iştirak etmiş, öz uğur qazanma təcrübələrini və strategiyalarını universitetlərdə, önəmli toplantılarda  paylaşaraq, tələbələrinin maarifləndirilməsi üçün mühazirələr həyata keçirmişdir. “Bosson” MMC həmçinin Avropa texnologiyasının Azərbaycanda tətbiqini həyata keçirərək, ölkənin yüksək bacarıqlı kadr ehtiyatının formalaşmasında da öz müsbət  töhfəsini verməkdədir. Şirkət ictimaiyyətlə əlaqələr(PR), imic və istehsalat prinsiplərinə dərin önəm verməkdədir.


          Şirkətin texnologiyası:

     İspan texnologiyası ilə təbii şüşədən istehsal olunan dekorativ mozaikalar yüksək keyfiyyətli, nəmişliyə, şaxtaya və dəyişkən hava şəraitinə davamlı olmaqla, digər üzlük materiallarından fərqli olaraq, əsrlərlə rəngini dəyişmir və oksidləşmir. Mozaikalar 100-dən çox rəng çalarlarından ibarətdir. Yüksək sərtliyi ilə bərabər, zərbələrə və sürtülməyə davamlıdır. Tərkibi 98-99,9% şüşə materialdan olduğu üçün binaların çöl görünüşünə vurulduqda, rütubətin və nəmişliyin 100 % qarşısını alır. İstifadə ediləcək yerlər: binaların fasad üzləri, hovuz, aquapark, olimpiya stadionu, terass, döşəmə, divar, tavan, hamam, sauna, mətbəx, pilləkan boşluğu, dəhliz, eyvan, məktəb, hava limanı, xəstəxana, restoran, şadlıq evi, bulvar, bağ evi, metro stansiya, yeraltı keçid, tunel, körpü, sütun, ictimai yerlər, dəniz kənarı bütün obyektlərdə və s. tətbiq olunur. Texniki özəllikləri:

• Nəmə, istiyə və soyuğa davamlı

• Rütubəti buraxmaz

• İzolyasiya qabiliyyətli

• Kimyəvi aşınmaz

• Yağ,toz və kirlərdən asan təmizlənən

• 500° C-də rəngi dəyişməz

• 800° C-yə qədər deformasiya olunmaz - əyililb formasını dəyişmir

• Oksidləşməz

               Əməkdaşlarımız:

   Şirkətimiz bu müddət ərzində çeşidli ölkələrin bənzər şirkətləri ilə işgüzar əlaqələr qurub. Məhsul çeşidini və göstərilən xidmətlərin spektrini əhəmiyyətli dərəcədə genişləndirib. Əməkdaşlarımız:

“BASF”, “NORM”, “Bakstone”, “PMD”, “Çanakkale seramik”, “weber”,  “FAB”, “Azbentonit”, “gobustone”, “MƏTANƏT A”


              Missiya və məqsədimiz

      Şirkətimizin ən başlıca missiyası fəaliyyətimiz əsasında  ölkəmizin tikinti sahəsinə olan tələbatlarının professional və keyfiyyətli bir şəkildə ödənilməsi və istehsal etdiyimiz üzlük mozaika daşlarının BOSSON mozaikası” və “made in Azerbaijan” mənşəyi altında daxili və xarici bazarlarda tanıdılması və satışıdır.

     Biz Azərbaycan və dünyanın bir sıra aparıcı ölkələrinin şirkətləri ilə əməkdaşlıq edərək, müştərilərimizin ürəyincə olacaq məhsullar tədarük etməkdəyik. Şirkət olaraq, inkişafda olan investisiya tələbatını ödəməyə və ən uğurlu korporativ təcrübəni, inamı, davamlılığı fəaliyyətimizdə təcəssüm etdirməklə tərəfdaşlarımızın, müştərilərimizin və bütün səhmdarlarımızın etimadını doğrultmağa çalışırıq.

    Fəaliyyətimiz, prinsipiallığımız və keyfiyyətimizlə müştərilərimiz, tərəfdaşlarımız, işçilərimiz və cəmiyyət qarşısında etibar, güvən və dəyərlərimizi artırmaq!

    Qarşılıqlı mənfəət əsasında öz gəlirlərini artıraraq, iqtisadiyyata və insan kapitalına töhfə vermək.

    Müştərinin şərtlərinə əsaslanaraq, dünyanı daha da yaxın edək.

           Dəyərlər:
Şəffaflıq

Faydalılıq

Keyfiyyət

Dürüstlük

Güvən

Mənfəət
Əməkdaşlıq
Sahibkarlıq

Etibarlılıq

Yenilik

Prinsipiallıq

Qayğıkeşlik 

              Biznes baxışımız:


      Biz etibarlı strateji tərəf-müqabil, qabaqcıl korporativ idarəetməyə malik, professional sahibkarlılığı və regional biznes əməkdaşlığın formalaşmasını stimullaşdıran bacarıqlı insan resursları tərəfindən idarə olunan, öndə gedən və etibarlı strateji investor kimi tanınmaq və inkişaf etmək niyyətindəyik.


            Hədəfimiz:

      İstehsal etdiyimiz mozaika daşlarının “BOSSON mozaikası” və “Made in Azerbaijan” mənşəyi altında xarici bazarlara təqdim edilməsi, xarici bazarlarda mozaika istehsalında digər xarici istehsalçı ölkələr sırasında ölkəmizin də adının xarici bazarlara gətirdiyimiz yeniliklərlə hallanması əsas hədəfimizdir.

   Müştərilərimizin ehtiyac və tələblərini düşündüklərindən daha keyfiyyətli şəkildə ortaya qoymaq həfələrimizdən biridir. Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda sürətlə inkşaf edən milli iqtisadiyyatımıza önəmli tövhələr vermək naminə fəaliyyətini daim genişləndirir.

       “Bosson” şirkəti olaraq, yaxın gələcəkdə Azərbaycanın iqtisadiyyat məkanında neçə daha  zirvələrə yüksəlməkdə və müştərilərimizin həyat lüksünü  daha yuxarılara daşımaqda israrlıyıq!

    “Bosson” – daha yaxşı həyat üçün . . .








Keyfiyyət, etibarlılıq və məmnunluğu birləşdirərək xidmət göstərən aparıcı şirkətə xoş gəlmisiniz!



Naviqasiya









Əlaqə



  +(994)12 465 82 16

  info@bosson.az

  Bazar Ertəsi - Bazar 9:00 - 20:00

  Ak. Həsən Əliyev Küçə 82.

Sayğac : 298993
© 2018 Bütün hüquqlar qorunur.